Sabah cəbhə xəttində monitorinqdir
12 Aprel 2010 10:39
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, monitorinqin Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və Antal Herdiç keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Riter Ki və Jaslan Nurtazin olacaq.
Milli.Az