Şəhriyar Əbilov ailə quracağı qadını tapdı? - Özü açıqladı - FOTO

14 İyun 2019 18:07

Ürəyinin sahibi yoxdur? Yaşından gedir artıq.

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda aktyor Şəhriyar Əbilova müraciət edib.

Tolikin sualı Şəhriyarın ürəyincə olmayıb:

"Hələ ki yoxdur. Bir gün biri gəlib ürəyimin açarını tapacaq. Qismətdir də! Azərbaycanda belədir də, görən kimi "Niyə evlənmirsən?" Dünyanın çox ölkələrində insanlar dolğun yaşına çatırlar, artıq həyatda nə istədiklərini bilirlər, öz həyatlarını komfortlu şəkildə qururlar ki, evə gətirdikləri insan da xoşbəxt, rahat, problemsiz yaşasın. Mən bir az komfort sevən insanam". 

Məhəmməd Vaqif
Milli.Az