"Çip və Deyl köməyə tələsir" cizgi filminin yeni versiyası hazırlanır

14 İyun 2019 21:36

Disney kompaniyası "Çip və Deyl köməyə tələsir" cizgi filminin yeni versiyasını hazırlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 39 seriyadan ibarət olan cizgi filminin hərəsi 7 dəqiqə çəkəcək.

Məlumatda bildirilir ki, klassik komediya üslubunda çəkilən cizgi filmində hadisələr sözlərlə təsvir olunmayacaq.

Disney kompaniyası yeni seriyalı 2019-cu ilin noyabr ayında fəaliyyətə başlayacaq "Dinsey+" striming xidməti üçün təqdim edəcək.

Xatırladaq ki, "Çip və Deyl köməyə tələsir" cizgi film ötən sərin sonlarında çox məşhur idi.

Milli.Az