Bürcünüz karyeranıza təsir edirmi?

23 İyun 2019 21:10

Öz işinizi sevmədiyinizi hiss edirsiniz? Bu o deməkdir ki, siz öz bürcünüzə uyğun olmayan bir sahədə işləyirsiniz. Bu səbəbdən də nə qədər çalışsanız, yüksəlmək istəsəniz də işə olan istəksizliyiniz sizə mane olacaq. Siz və sizinlə eyni düşünənləri ideal karyeralarına qovuşdurmaq üçün astroloq Kelli Fox bürcünüzə uyğun peşə seçməyinizə kömək edəcək. Heç nə üçün hələ də gec deyil:

Qoç bürcü (21 MART - 19 APREL):

Milli.Az gencaile.az-a istinadən bildirir ki, Qoç bürcündə doğulan insanlar hər zaman lider olmağı sevirlər. Bu səbəbdən də onlar kiminsə tabeliyində işləməkdən, idarə edilməkdən narahat olurlar və qısa müddət ərzində istədikləri mövqedə ola bilirlər. Cəsur olduqları üçün cəsarət tələb edən hər işin öhdəsindən asanlıqla gəlirlər. Tur rəhbəri, şəxsi məşqçi, atlet ya da hər hansı bir idman qurumunda işləməklə çox xoşbəxt və uğurlu ola bilərlər. Həmçinin atdıqları hər addımda zirvəyə daha da yaxınlaşırlar və nəzarət etməyi sevdikləri üçün rəhbərliyi öz əllərində olan işlərdə daha çox uğur qazanırlar.

BUĞA (20 APREL - 20 MAY):

Buğalar olduqca praktikdirlər. İşlədiyiniz yerə "iş yeri" deyilməsində sizin rolunuz böyükdür. Hər an istənilən pozisiyaya keçib, yolunuza sürətlə davam etməkdə çətinlik çəkməzsiniz. Çalışqanlığınız və qərarlı olmağınız sizi güclü bir komanda oyunçusu edər. Lakin işlə bağlı mövzularda inadınıza nəzarət etməli və verəcəyiniz reaksiyalarda diqqətli olmalısınız. Heykəltəraşlıq, dekarator, qida sənayesi sektoru, uğur qazanacağınız sahələrdəndir. Pulla aranız çox yaxşı olduğundan maliyyə sahəsində də işləyə bilərsiniz.

Əkizlər (21 MAY - 20 İYUN):

Hava ünsürü olan Əkizlərin sürətinə çatmaq, onların darıxmağa qoymamaq və diqqətini bir nöqtəyə yönəltmək çox çətindir. Dəyişən hər şeyi sevirlər. Fərqli insanları, çevrəni, yeni proqramları... Dəyişkən olduqları üçün çox sevdikləri bir şeydən tez də bezə bilirlər. Monoton işlərdə uğur qazana bilməzlər. Əkizlərin, ideal karyerası intellektual işlər və ünsiyyətlə bağlı olarsa çox uğurlu olarlar. Məsələn, təhsil və ünsiyyət sahəsində olan işlər əkizlərə daha uyğundur. Eyni zamanda praktik zəkaya sahib olduqları üçün ictimaiyyətlə əlaqələr, reklamçılıq, layihə meneceri kimi peşələrdə işləyə bilərlər.

XƏRÇƏNG (21 İYUN - 22 İYUL):

Xərçənglər, zodiakın ən mərhəmətli bürclərindən biridir. Həm də çox məsuliyyətli olurlar. Xaraktercə, insanlara qayğı göstərən, onlarla maraqlanan biri olduğunuz üçün  problemlərini həll edərək insanları xoşbəxt edəcəyiniz  sahələrdə uğurlu ola bilərsiniz. Bu xüsusiyyətlərinizə görə insan resursları şöbəsinin müdiri, vəkil və ya müəllim ola bilərsiniz. Sağlamlıq mövzusu da sizin üçün önəmli olduğundan dietoloq və ya qida mütəxəssisi kimi bir peşəyə də yiyələnə bilərsiniz.

ŞİR (23 İYUL - 22 AVQUST):

Şirlər hər zaman diqqət mərkəzində olmağı və tanınmağı sevirlər. İnsanlara daha yaxşı olmaqları üçün stimul verirlər. Ona görə də siyasət və müəlimlik onlara daha uyğundur. Üstəlik kollektiv işlərdə nə qədər tələbkar olsalar da, sonda hər kəsin könlünü aldıqları üçün çox yaxşı müdir də ola bilərlər. Bu bürcdə doğulan insanlara uyğun və xoşbəxt olacaqları  sahələr bunlardır: aktyor, musiqiçi,modelyer-dizayner və ya əyləncə sektoru. Lider ruhlu olduqlarına  görə CEO da ola bilərlər.

Qız (23 AVQUST - 22 SENTYABR):

Mükəmməliyətçiliyin digər adının Qız bürcü olduğunu bilirdinizmi? Doğuşdan planlı biri olduğunuz üçün,  işçilərinizin ən yaxşısını gözləyərkən, davranışlarınızda  olduqca praktik və qoruyucu olursunuz. Öz üzərinizdə çox çalışırsınız. İlin çalışqanı mükafatına hər an layiq görülə bilərsiniz. Peşə seçərkən güclü yaddaşınız və mükəmməliyətçi xasiyyətinizi dəyərləndirə biləcəyiniz xidmət sektorunda və ya terapiya sahəsində asanlıqla yüksələ bilərsiniz. Bununla yanaşı redaktor, texnik, tərcüməçi hətta dedektiv belə işləyə bilərsiniz.

TƏRƏZİ (23 SENTYABR - 22 OKTYABR):

Hava ünsürlü Tərəzi bürcləri, insanları bir yerə toplamağı sevirlər. Balans yaratmaq və insanların nə düşündüklərini bilmək sizin üçün çox asandır. Bu xüsusiyyətiniz seçəcəyiniz hər peşədə sizin lehinizə olacaq. Məsələn, diplomat, tərcüməçi, broker ola bilərsiniz. Həmçinin, satış sahəsində də uğur qazana bilərsiniz. İdeal karyeranızda isə vəkil, hakim və ya bu tipli peşələrdə asanlıqla işləyə bilərsiniz. Ünsiyyətcil olmağınız və insanlarla işləməyi sevdiyinizə görə xidmət sektoru, müştəri münasibətləri hətta toy təşkilatçılığı tipli sahələrdə də uğurlu olacaqsınız.

Əqrəb (23 OKTYABR - 21 NOYABR):

Sizin qədər heç kim sirr saxlaya bilməz və bu xüsusiyyətiniz karyeranızda sizə çox kömək olacaq. Şəxsi sənədləri, böyük şirkətlərin sirrlərini saxlamaq və ya dəyərli əşyaları qorumaq üçün yaranmış bir bürcsünüz. Eyni zamanda meydangir və araşdırıcı bir xüsusiyyətə sahib olduğunuz üçün 2 peşə sizə daha uyğundur: polis və cərrah. Əgər cərrah olsanız , əməliyyatxanada özünüzü evinizdəki kimi rahat hiss edəcəksiniz. Maliyyə sektorunda da uğurlu ola bilərsiniz.

OXATAN (22 NOYABR- 21 DEKABR):

Çox danışan biri olduğunuzu yəqin ki, indiyə qədər çoxları deyib. Sürətli və kollektiv şəklində işləməyi çox sevirsiniz. Gördüyünüz işlərlə insanlara stimul verirsiniz. Söhbət işdən gedirsə, hər sahədə uğurlu ola bilərsiniz. İdeal karyeranızda isə gəzməyi və öyrənməyi çox sevdiyiniz üçün turizm sahəsində, bol səyahət edə biləcəyiniz işlər sizə daha uyğundur. İnsanları motivasiya etməyi bacardığınız üçün liderlik pozisiyasında da uğurlu ola bilərsiniz.

OĞLAQ (22 DEKABR - 19 YANVAR):

Oğlaqlar olduqca ciddi və planlı olurlar. Bu sizin darıxdırıcı olduğunuz mənasına gəlmir. Həmçinin, bir komandaya liderlik edəcək qədər enerjili və xarizmatik birisiniz. Heç kimdən çəkinmirsiniz, çalışaraq istədiyiniz pilləyə yüksələ bilərsiniz. Bütün bunlarla yanaşı özünüzə də vaxt ayırın. Rəhbər vəzifələr sizə daha uyğundur. Yaradıcılıq və idarəçilik qabiliyyətinizə görə hər hansı bir qurumda da yüksələ bilərsiniz. Bununla belə, detallara önəm verən biri olduğunuz üçün mühəndis, memar və ya modelyer də ola bilərsiniz.

DOLÇA (20 YANVAR - 18 FEVRAL):

Hava ünsürlü Dolçalar, azadlığı sevirlər. Çox çalışqan və qeyri-adi fikirləri olan birisiniz. Həm sosial bir kəpənək, həm də yalnız bir kovboy olmağı çox yaxşı bacarırsınız. Bu da həm komanda olaraq, həm də bir fərd olaraq uğurlu olacağınızın göstəricisidir. Qeyri-adi fikirləriniz ilk əvvəl normal qarşılanmasa da, daha sonra məntiqli bir fikir olduğunu düşünülərək onu icra etməyə başlayırlar. Buna görə də, qrup layihələrində kreativ fikirlere sahib olduğunuz üçün bu yarışa insanlardan 2 addım öndə  başlayarsınız. Bu bürcdən olan insanlar fotoqraf, layihe rəhbəri, sahibkar, elm və ya texnologiya sahəsində uğur qazana bilərlər.

BALIQ (19 FEVRAL - 20 MART):

İşə gəldikdə çevik və başqalarının nə düşündüyünə fikir verməyən birisiniz. Tək məqsədiniz ən yaxşısını etməkdir. Bu xüsusiyyətinizə görə bir çox sahələrdə uğur qazana bilərsiniz. Ancaq sizin zəif nöqtənizə xitab edən yalnız bir sahədə özünüzü xoşbəxt hiss edə bilərsiniz. Güclü instinktli və iddealı biri olduğunuz üçün tibb sahəsi tam sizə uyğundur. Həkim, tibb bacısı, terapevt  ola bilərsiniz. İncəsənət sahələrində də özünüzü yoxlaya bilərsiniz. Rəqs və musiqi sizin üçün ideal bir sahədir.

Milli.Az