Azərbaycanda oynayan futbolçu qitə tarixinin ən yaxşıları arasında

14 İyun 2019 20:34

Afrika Millətlər Liqası öncəsi qitə tarixinin ən yaxşı futbolçuları açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "France Football" nəşrinin hazırladığı siyahıda 30 futbolçu yer alıb.

Afrika tarixinin ən yaxşı oyunçusu "Milan"dakı çıxışı ilə məşhurlaşmış və 1995-ci ildə "Qızıl top"a layiq görülmüş Corc Veadır. Onu sabiq "Barselona"lı Samuel Eto izləyib. İlk "üçlüy"ü Roje Milla qapayıb.

Hazırda ölkəmizdə "Səbail"in formasını geyinən Maykl Essyen də ən yaxşı "30-luq"da qərarlaşıb. 37 yaşlı qanalı yarımmüdafiəçi 26-cı pilləyə layiq görülüb.

Milli.Az