Ramil Şeydayevin transfer qiyməti artdı

14 İyun 2019 17:22

Rusiya Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "transfermarkt.ru" saytının açıqladığı siyahıda millimizin hücumçusu Ramil Şeydayevin də adı var. 22 yaşlı forvardın qiyməti əvvəlki ilə müqayisədə 200 min avro artaraq, 1,2 milyon olub.

Rusiya çempionatında çıxış edən ən bahalı oyunçu isə Moskva SSKA-sının müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rus futbolçunun dəyəri 30 milyon avrodur. İkinci yerdə paytaxt klubunun digər üzvü Nikola Vlaşiç (20 milyon), üçüncü pillədə isə "Lokomtiv"in yarımmüdafiəçisi Qjeqoj Krikovyakla "Krasnodar"dan Viktor Klasson (18 milyon) qərarlaşıb.

Qeyd edək ki, Ramil ötən ilin yayından "Krılya Sovetov"da çıxış edir.

Milli.Az