"Mbappeni də istəyirik" - azarkeşlərdən Peresə çağırış

14 İyun 2019 17:13

"Real"ın yeni transferi Eden Hazardın dünən "Santyaqo Bernabeu"da keçirilən təqdimat mərasimində maraqlı hadisə yaşanıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, stadiona toplaşan yerli azarkeşlər klubun prezidenti Florentino Peresdən PSJ-nin hücumçusu Kilian Mbappenin də transfer olunmasını istəyiblər. Onlar "Mbappeni də istəyirik" şüarları səsləndirərək, Peresə çağırış ediblər.

Qeyd edək ki, Hazardın təqdimat mərasimini 50 min azarkeş izləyib.

Milli.Az