"Azərbaycanda futbola xüsusi sevgi yoxdu" - "Səbail"in qapıçısı

14 İyun 2019 12:44

"Səbail"in qapıçısı Aleksandr Rıbka Ukraynada "Bombardir" YouTube kanalına müsahibə verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, qolkiper Azərbaycan futbolu ilə bağlı danışıb və bildirib ki, ölkədə futbol sevgisi yoxdu. 

"Azərbaycanda hər şey var, amma fikrimcə, futbola çox az adam gedir. Orada hamı bu barədə danışır. Premyer Liqada orta səviyyəli oyunlarda cəmi 1000 nəfər tamaşaçı olur. Bu isə Ukrayna ilə müqayisədə də azdı. Orada futbola xüsusi sevgi yoxdu. Bütün çempionat oyunları, Qəbələ istisna olmaqla, demək olar ki, bir şəhərdə keçirilir. Düzdü, Sumqayıtda da komanda var, amma ora paytaxtdan 30-40 km aralıdadı və maşınla yarım saata çatmaq olar".

Milli.Az