“Xəzər”dən AzTV-yə keçdi

14 İyun 2019 12:29

Uzun illər efirlərdən uzaq gəzən, daha sonra Xəzər TV-də tamaşaçı qarşısına çıxan aparıcı Aydan Axundova fəaliyyətini başqa kanalda davam etdirəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu dəfə AzTV-də efirə çıxacaq.

Aydan "Sözüm var" səhər şousunun aparıcısı olacaq. Proqramın ilk bölümü bu bazar günü yayımlanacaq, ilk qonaq isə Əməkdar artist Röya Ayxandır.

Milli.Az