"Səbail” Aftandil Hacıyevlə bağlı qərarını açıqladı

13 İyun 2019 19:05

"Səbail"də baş məşqçi Aftandil Hacıyevin taleyinə aydınlıq gəlib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik çalışdırıcı ilə bağlı qərarını verib.Komandanı Premyer Liqada bürünc mükafat qazandıraraq, Avropa Liqasına daşıyan Hacıyevlə yeni müqavilə imzalanıb.Onunla yanaşı, köməkçiləri Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovskinin də müqavilələrinin müddəti uzadılıb.

Milli.Az