Bakıda qəza: BMW bir neçə dəfə çevrildi - VİDEO

13 İyun 2019 17:29

Bakıda baş verən dəhşətli qəza təhlükəsizlik kameralarına düşüb. 

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb.

Avtomobil bir neçə dəfə çevrildikdən sonra arxası üstə düşüb.

Sürücü və sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi, eləcə də hava yastıqlarının açılması sayəsində hadisə zamanı ölüm faktı qeydə alınmayıb.

Milli.Az