"Sumqayıt" 21 yaşlı futbolçu transfer etdi

13 İyun 2019 17:39

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, "kimyaçılar" son mövsümü "Keşlə"də keçirmiş Sertan Taşqınla anlaşıb. 2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu "Sumqayıt"da 22 nömrəli formanı geyinəcək.

Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız "Keşlə"nin heyətində çıxış edib (55 oyun, 4 qol). Sertan həmçinin U-19 (3 oyun) və U-21 Azərbaycan millilərinin (11 oyun) şərəfini qoruyub.

Milli.Az