Gülüstana çevrilən Sumqayıtdan FOTOREPORTAJ

13 İyun 2019 23:34

Sumqayıt bu gün gülüstana çevrilib. Küçə və parklar, xiyabanlar, yol kənarları gül-çiçəyə qərq olub. Son illərdə yaşıllıq sahələrinin artırılması şəhərdə ekoloji mühiti xeyli yaxşılaşdırıb.

Bu mövsüm şəhər ərazisində 1 milyon 350 mindən çox gül kolu, 75 min ağac əkilib, 5 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Bəli, bir vaxtlar köhnə zavodların qara tüstüsünün çirkləndirdiyi Sumqayıtda o görüntülərdən əsər-əlamət yoxdur. Bu gün dünya standartlarına uyğun müasir texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələr nəinki Sumqayıtın havasını çirkləndirmir, şəhərin simasına əlavə yaraşıq verir. Hər şənbə və bazar keçirilən iməciliklər isə şəhərdəki yaşıllıqlara aqrotexniki qulluğun vaxtında və düzgün aparılmasında mühüm rol oynayır.

Milli.Az AZƏRTAC-a istinadən gülüstana çevrilən Sumqayıtdan fotoları təqdim edir.

Milli.Az