Türkiyənin patrul postuna hücum - Yaralılar var

13 İyun 2019 15:19

Suriyanın İdlib şəhərində Türkiyəyə məxsus patrul postuna hücum baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, post minaatanlardan atəşə tutulub.

Hücum nəticəsində 3 türk hərbçisi yaralanıb. Patrul postuna ciddi ziyan dəyib. Hərbçilər xəstəxanaya yerləşdirilib.

Hücumun kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.

Milli.Az