Bakıda yetkinlik yaşına çatmayan hamilə qızı əri döydü

13 İyun 2019 16:29

Bakıda yetkinlik yaşına çatmayan qızı əri döyüb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 12-də Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. 

2002-ci il təvəllüdlü İ.A. polisə müraciət edərək bildirib ki, iyunun 12-də gecə saat 01:00 radələrində həyat yoldaşı onun hamilə olduğuna baxmayaraq, qarın nahiyyəsindən təpikləyərək döyüb.

O, 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az