Xamneyi: "ABŞ İranda quruluşu dəyişə bilməyəcək"

13 İyun 2019 14:56

ABŞ İranda mövcud quruluşu dəyişə bilməyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın ali lideri Əli Xamneyi deyib.

O bildirib ki, ABŞ 40 il ərzində İslam Respublikasının öhdəsindən gələ bilməyib:

"Əgər onlar, həqiqətən də, İranda rejimi dəyişmək məqsədi güdürsə, buna gücləri çatmayacaq. 40 il ərzində ABŞ prezidentləri İran İslam Respublikasını məhv etmək istəyib, amma bacamayıblar".

Milli.Az