Günel ərindən danışdı: "Daha qısqanmır"

13 İyun 2019 14:43

Müğənni Günel Ələkbərova həyat yoldaşından danışıb.

Milli.Az big.az-a istinadla xəbər verir ki, müğənni ərinin onu əvvəllər qısqandığını bildirib:

"Əvvəllər daha çox belə hallar olurdu, indi yox. Yəqin ki, etibar edir. Artıq 7 ildən çoxdur ki, tədbirlərə, el şənliklərinə az-az gedirəm".

Sənətçi özünü qlamur sayan müğənnilərə də söz atıb və özünü o sırada görmədiyini bildirib:

"Qlamur müğənninin qarşısında qulluqçular işləyər. Mən evimin həm xanımıyam, həm qulluqçusu".

Milli.Az