“KamAZ” dərəyə aşdı: ölən və xəsarət alanlar var

13 İyun 2019 14:38

İyunun 12-də saat 13 radələrində Yardımlı rayonunun Horonu kəndinin otlaq sahəsində Köryədi kənd sakini C.Əbişov idarə etdiyi "KamAZ" markalı avtomobili dərəyə aşırıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, nəticədə sərnişinlərindən Arvana kənd sakini Namiq Həsənov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az