Məktəbin qarşısında şagirdi maşın vurdu - Təcili xəstəxanaya çatdırıldı - YENİLƏNİB

13 İyun 2019 14:12

14:12

Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyilə əlaqə saxladıq. 

Nazirliyin mətbuat xidmətindən baku.ws-ə verilən məlumata görə, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyevə hazırda həkim nəzarətindədir.

---------
13:29

Xırdalanda məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bir neçə saat öncə 2 saylı məktəbin qarşısında minik avtomobili 9 saylı məktəbin şagirdini vuraraq xəstəxanalıq edib. Onu təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıblar.

Yaralı şagird 2006-cı il təvəllüdlü Qurbanəliyev Qurbanəli Kərəm oğludur. Ona bədənin müxtəlif yerlərindən əzilməsi diaqnozu qoyulub.

Milli.Az