"Qarabağ"ın futbolçusu "Zirə"də

13 İyun 2019 14:20

"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib.

Milli.Az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, "qartallar" Nicat Süleymanovla anlaşıb. Paytaxt təmsilçisi 20 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna kimi "Qarabağ"dan icarəyə götürüb. 

Qeyd edək ki, Süleymanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.

Milli.Az