“Əmim oğlunun meyitinin küçədən tapılması yalandır” - YENİLƏNİB

13 İyun 2019 14:28

14:28

Keçmiş millət vəkili İqbal Ağazadə əmisi oğlunun ölməsi ilə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, qafqazinfo-ya açıqlamasında İ. Ağazadə bildirib ki, əmisi oğlu Loğman Abbasovun meyitinin küçədən tapılması yalandır:

"Loğman Abbasov yeni tikili binalarda qapı, pəncərələrin quraşdırılması ilə məşğul olurdu. Hadisə günü də işdə olub, binanın 7-ci mərtəbəsinə qalxıb və ürəktutmadan vəfat edib. Həmin mərtəbədə yaşayış yoxdur və orada başqa işçilər olmadığı üçün bir müddət ondan xəbər ala bilməyiblər. Buna görə də itkin düşməsi haqda polisə məlumat verilib.

Daha sonra isə meyiti həmin binadan tapılıb. Əvvəllər onun ürəyində problem olmayıb".

Qeyd edək ki, 49 yaşlı L.Abbasov ailəlidir.

---------
13:14

Bakıda Ümid Partiyasının sədri və Milli Məclisin sabiq deputatı İqbal Ağazadənin qohumu Loğman Abbasovun meyiti tapılıb. 

Milli.Az xəbər verir ki, bununla bağlı oxu.az-a Xətai rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlumdur ki, iyunun 11-i, saat 07:30-da 49 yaşlı Abbasov Loğman Xudam oğlu Məhəmməd Hadi küçəsində yerləşən evdən çıxıb və geri qayıtmayıb. İyunun 12-si, saat 09:30-da üzərində zorakılıq əlamətləri olmayan cəsədi Sadıqcan küçəsi 52 saylı binanın qarşısında tapılıb. 

İlkin ehtimallara görə, ölümə beyinə qan sızması səbəb olub. Qeyd edək ki, o, İqbal Ağazadənin əmisi oğludur.

Milli.Az