Azərbaycanda biznes mühiti barədə beşillik hesabat hazırlanır

13 İyun 2019 14:02

Azərbaycan-Almaniya xarici ticarət palatası gələn il Azərbaycanda son beş il ərzində biznes mühiti barədə hesabat təqdim edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu palatanın icraçı direktoru Tobias Baumann Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumu zamanı deyib.

Qeyd olunur ki, Azərbaycanda biznes mühiti barədə hesabat bir neçə ildir ki, hazırlanır.

Bu hesabat iqtisadiyyatın müxtəlif sahələrini və ölkənin inkişaf dinamikasını izləməyə imkan verəcək.

Milli.Az