İnsan bədəninin fiziki dayanıqlılıq sərhədi

17 İyun 2019 07:21

Ortalama bir insan üçün uzun vədədəki dayanıqlılıq sərhədi, bədənin istirahət etmə anındakı maddələr mübadiləsi sürətinin 2,5-qatı və ya gündə 4.000 kalori olaraq təyin olundu.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ABŞ-ın Dyuk Universitetində aparılan araşdırma hamilə qadınların, insan bədəninin dözmə sərhədinə yaxın bir səviyyədə həyatlarını davam etdirdiyini göstərdi.

Araşdırmada əvvəl ABŞ-ın qərb sahili Kaliforniyadan şərq sahilindəki Vaşinqtona qədər, 140 gün davam edən 5.000 kilometrlik yarışa qatılan atletlər analiz edildi.

Atletlər bu müddət boyunca həftədə altı marafon qaçır və elm insanları bunun bədən üzərindəki təsirlərini təsbit etməyə çalışırdı.

Yarış əvvəlində və yarış əsnasında atletlərin istirahət etmə əsansında maddələr mübadiləsinin sürəti qeyd edildi. Buna əlavə olaraq fəaliyyət əsnasında yandırılan kalori təyin olundu.

Science Advances adlı nəşrdə yer verilən araşdırma, enerji istifadəsinin yüksək səviyyədə başladığını, ancaq zamanla, istirahət etmə maddələr mübadiləsi sürətinin 2,5-qatı səviyyədə sabitləndiyini göstərdi.

İdman fəaliyyətinin müddəti və enerji istehlakı arasında əlaqə olduğu, əksər insan öz gücünün kənarında görsə də marafonun insan dözmə sərhədinin çox altında qaldığı müşahidə edildi.

Bir neçə saat davam edən bir marafon qaçışında insanların 15,6-qat enerji xərclədiyini təsbit edən elm insanları, 23 gün davam edən Tur de Fransda bu səviyyənin 4,9-qata, 95 gün davam edən Antarktika gedişi əsnasında isə 3,5-qata düşdüyünü gördü.

Araşdırmanı aparan qrupda iştirak edən dr.Herman Pontzer bu barədə belə deyib: "Bir-iki gün müddətlə olduqca sıx məşq edə bilərsiniz, amma uzun müddət dözmə baxımından iş fərqlidir".

Araşdırma, qadınların hamiləlik dövründə enerji istifadəsinin istirahət etmə maddələr mübadiləsi sürətinin 2,2-qatına çıxdığını göstərdi.

Araşdırmaçılar, bədənin istirahət etmə anındakı maddələr mübadiləsi sürətinin 2,5-qatı olaraq təyin olunan dayanıqlılıq sərhədinin ürək, ağciyərlər və ya əzələlərlə əlaqədar deyil, insanın həzm sistemiylə əlaqəli ola biləcəyini söyləyir.

Milli.Az