Facebook istifadəçi məlumatlarını yenidən toplayır

17 İyun 2019 08:01

Sosial media nəhənglərindən biri olan Facebook yanvar ayında proqram hazırlayarq gənclərə mobil internet istifadə məlumatlarını əldə etmək üçün pul ödəməyə başlayacağını bildirmişdi.

Milli.Az chip.az-a istinadən bildirir ki, gələn reaksiyaların nəticəsində bu proqramın fəaliyyətinə son verildi. Yeni bir tətbiq ilə məlumat toplamağa yenidən başlamağı planlaşdıran şirkət xəbərlərini paylaşmağı qəbul edən şəxslərə pul ödəyəcəyi Study adlı proqramı təqdim etdi. ABŞ və Hindistanda istifadə olunacaq tətbiq fərdlərin razılığını tələb edir. Ödəmələr isə Paypal vasitəsilə həyata keçiriləcək. Proqram hazırda Androidlər üçün keçərlidir.

Facebook verdiyi açıqlamalarında sözü gedən prosesin reallaşacağı təqdirdə şəffaf sistemdən istifadə edəcəklərini, bütün məlumatları gizli və təhlükəsiz saxlayacaqlarını bildirib.

Yeni tətbiq telefonda quraşdırılmış digər tətbiqləri, proqramlarda istifadə olunan vaxtı, istifadəçinin ölkə, cihaz və şəbəkə məlumatlarını və tətbiq fəaliyyətinin adlarını toplayacaq.

Facebook bu proqram vaistəsi ilə istifadəçi məlumatlarınına, şifrələrinə, fotoşəkillərinə, media məzmunlarına dair detallı xəbərləri qeydə alacaq. Məlumatlar şirkətin məhsullarını təkmilləşdirmə istiqamətində istifadə olunacaq.

Milli.Az