"Azərbaycan kişisi bu deyil"

13 İyun 2019 11:36

Şəhərin mərkəzində yerləşən məkanların birində rəfiqəmlə oturmuşduq. Yan masada 4 "kişi" çox iyrənc mövzularda yüksək səslə qeybət edirdilər. Filan qızı belə ..., filankəsə belə ..., filankəslə filan... Sözün həqiqi mənasında o masada gedən söhbətlərdən iyrəndim. Azərbaycan kişisi bu deyil.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Niyə?" serialının aktrisası Mehin Hümbətova sosial şəbəkədə yazıb. Serial qəhrəmanı statusunda Bakının məşhur restoranlarının birində başına gələn hadisədən söz açıb:

"Bu millətdə niyə belə cılızlaşma gedir?! Yaşadıqlarını yüksək səslə fəxr edərək danışmaq ən ucuz hərəkətdir. Hələ görürsən ki, yan masada xanımlar oturub, mərifətin, qanacağın olsun, ay şəxsiyyətsiz! Mən ilk dəfə idi belə söhbətlərin şahidi olurdum. Dərhal hesabı ödəyib kişiciklərə çox mədəni formada sözümü dedim və məkandan çıxdım. Şokdan bir kəlmə belə deyə bilmədilər. Vallah biz belə görməmişik. Bizim qeyrətli, ağzıbütöv, şəxsiyyətli, mərd oğullarımız var. Bəs bu göbələklər harda yetişirlər belə?!"

Milli.Az