Sumqayıtda 2 otaqlı ev yanıb

13 İyun 2019 09:35

Sumqayıtda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 100 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az