Müğənni etiraf etdi: "Boşandığım ərimlə sevgiliyəm" - FOTO

13 İyun 2019 09:08

Türk pop musiqiçi Hande Ünsal iştirak etdiyi verilişdə şok etiraflar edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, gənc müğənni 2013-cü ildə evləndiyi, amma sonra boşandığı əri Serkan Balkan ilə sevgili olduğunu deyib.

Hande yeni mahnısı ilə "Best FM" də qonaq olub. O, şəxsi həyatından danışıb:

"Yeddi il əvvəl musiqiçi Serkan Balkanla evləndim. 20 yaşım var idi. Amma məni dəli etdi. Tez boşandım. Sonra gördük, ayrı qala bilmirik. İndi də birlikdəyik, xoşbəxtik. Birlikdə mahnı bəstələyirik".

Milli.Az