Hicabını açan Burcu ərindən boşandı

12 İyun 2019 20:49

Bu yaxınlarda hicabını açması ilə gündəmə gələn məşhur rallici Burcu Çetinkaya ərindən ayrılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, İnstaqram hesabında ərinin soyadını silən rallici diqqətləri üzərinə toplayıb. Dünən isə onların rəsmi olaraq boşandığı məlum olub.

Qeyd edək ki, Burcu 2014-cü ildə iş adamı Fatih Mehmet Bucak ilə evləndikdən sonra hicab bağlamışdı. 

Milli.Az