Aysel ən böyük arzusunu açıqladı: Ərə getmək

12 İyun 2019 18:27

Bu gün müğənni Aysel Əlizadənin 29 yaşı tamam olur. 

Milli.Az Azxeber.com-a istinadla xəbər verir ki, müğənni sosial media hesabında fotosunu paylaşaraq ən böyük arzusunu dilə gətirib. "Bu yaşım son subay olaraq qeyd etdiyim yaş olsun". 

Müğənninn paylaşımına minlərlə bəyənmə və şərhlər gəlib. 
 
Qeyd edək ki, müğənni Aysel Əlizadə açıqlamalarında ailə həyatı qurmaq istədiyini dəfələrlə dilə gətirib.

Milli.Az