Masallıda "Mercedes" yanıb

12 İyun 2019 19:19

Masallıda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə rayonun Hüseynhacılı kəndində qeydə alınıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az