Hər gün İspaniyada, orta hesabla, 120 maşın qaçırılır

13 İyun 2019 07:21

İspaniyada, orta hesabla, ildə 42 min, gün ərzində 120 maşın qaçırılır.

Milli.Az xəbər verir ki, AZƏRTAC bunu İspaniya Daxili İşlər Nazirliyinə istinadla bildirir.

Son vaxtlar oğrular yolsuzluq avtomobillərinə üstünlük verirlər. Ölkədə ən çox Almaniya istehsalı olan avtomobillər oğurlanır. İkinci yeri Yaponiya, üçüncü yeri Britaniya və İsveç avtomobilləri tutur.

İspaniya maşınların ən çox oğurlandığı üç ölkədən biridir. Bu siyahıda ilk iki yeri İtaliya və Böyük Britaniya tutur.

Milli.Az