avto24

9 İyun 2019 15:21

63 illik Mercedes 1,2 milyon dollara satılıb - FOTO

Gözəl avtomobillərin qiyməti də gözəl olur. Xatırlayırsınız isə, bir müddət bundan öncə Kaliforniyada olan atelyenin 1956-cı ilin Mercedes-Benz 300SL "Qağayı qanadı" avtomobili bərpa etdiyi barədə yazmışdıq. Bu günlərdə bu avtomobilin hərracda maraqlı bir qiymətə satıldığı barədə məlumat daxil olub. Əfsanəvi kupenin yeni sahibi onu 1 234 567 dollara satın alıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 1956-cı ildə 308 nüsxədə buraxılmış avtomobillərdən biri olan Mercedes-Benz 300SL Gullwing kupesinin kuzovu  Graphite Gray rənginə boyanıb. Modelin çiləmə sisteminə malik olan 3,0-litrlik sıralı altısilindrli mühərriki 215 at qüvvəsi hasil edir və arxa körpünün ötürmə əmsalından asılı olaraq onu 260 km/saata qədər sürətlənidirir.

Klassik avtomobil texniki cəhətdən tamamilə yenilənib. Avtomobil yeni radiatora, termostata, yanacaq və yağlama sisteminə, bərpa edilmiş əyləclərə və ötürmələr qutusunun mexanizminə sahib olub. Bu siyahını davam etdirmək də olar.

Kupenin interyeri də əsaslı şəkildə bərpa edilibdir. Oturacaqlar, qapı panelləri və tavan yeni dəri və parça ilə üzlənmiş, taxtadan hazırlanmış opsional Nardi sükan çarxının rahat düşüb-minməni təmin edən qatlanma mexanizmi yenilənmişdir. Avtomobilin odometrindəki yürüş göstəricisi 32276 mildir.

Milli.Az