avto21

9 İyun 2019 15:21

Skoda velosipedçilər üçün ideal avtomobil hazırlayıb - FOTO

Skoda şirkətinin britaniya bölməsi Karoq krossoverinin velosipedçilər üçün nəzərdə tutulmuş versiyasını təqdim edib. Avtomobili təbiətə yollanmaq üçün gərək olan bütün lazımi avadanlıqla təchiz ediblər. Bu avadanlıqların arasında iki velosipedi daşımaq üçün bərkitmə sistemi, kiçik paltaryuyan maşın və yuyucu vardır.

Skoda Karoq Velo modelinin hazırlanmasından öncə şirkət 1500 nəfər britaniya vətəndaşı arasında sorğu aparıb və velosipedçilər üçün ideal avtomobil haqqında düşüncələrini öyrənib. Sorğuda iştirak edənlərin ideyaları bu layihənin əsasını təşkil edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Karoq Velo damda iki, salonda isə bir velosipedin daşınması üçün bərkitmə sistemlərinə, geyim əşyalarını yumaq üçün kiçik paltaryuyan maşına, soyducuya və yüksək təzyiqli yuma sisteminə sahib olub. Bundan başqa, krossover onu təqib edərək video çəkən kopter üçün nəzərdə tutulan maqnit meydançası və çəkilmiş görüntüləri dərhal sosial şəbəkələrdə dərc etməyə imkan verən  Wi-Fi nöqtəsi ilə təchiz edilib.

Nəhayət, avtomobilin salonunda velosipedi təmir etmək üçün gərək olan alət dəsti və ekstremal vəziyyətlərdə avtomobilin koordinatlarını xəbər verən xüsusi düymə yerləşdirilib.

Skoda Karoq Velo yeganə nüsxədə inşa edilib və seriyaya getməyəcəkdir. Yay aylarında avtomobili həvəskar idmançılar sınaqdan keçirəcəkdirlər. Avtomobil onları məşqlər zamanı və yarışlara hazırlıq mərhələsində müşayət edəcəkdir.

Milli.Az