"Neftçi" italiyalı hücumçu ilə yollarını ayırdı

12 İyun 2019 16:15

"Neftçi" futbolçusu Canluka Sansone ilə yolları ayırıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, italiyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 32 yaşlı futbolçu bu ilin fevralından çıxış etdiyi "Neftçi"nin heyətində 11 oyun keçirib, 2 qol vurub.

Milli.Az