Tehranda azərbaycanlı fəalı oğurladılar

12 İyun 2019 16:49

Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur İranın paytaxtı Tehranda saxlanılıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, fəal mayın 25-də saxlanılsa da, bu barədə məlumat yeni yayılıb.

Məlumata görə, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılan Babək Vəlipur naməlum istiqamətə aparılıb.

Onun harada saxlanıldığı və barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.

Milli.Az