Tanınmış müğənni qəzaya düşdü

12 İyun 2019 14:00

Məşhur türk müğənnisi Berkay qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Hadisə sənətçinin Ədirnə-İstanbul yolunda baş verib. Gecə saatlarında onun VİP avtomobili başqa maşınla toqquşub.

Berkay çiyin və boyun nahiyəsindən yaralanıb.  Onun hazırda xəstəxanada olduğu qeyd edilib.

Milli.Az