Novxanıda iki avtomobil toqquşdu: yaralılar var - VİDEO

12 İyun 2019 14:03

Binəqədi-Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı "Niva" və "Opel" markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Qəzadan sonra yolda tıxac yarandığından sakinlər yaralıları özləri xəstəxanaya çatdırıblar. 

Milli.Az