Oynaqlarınızı gəncləşdirib gücləndirəcək - RESEPT

12 İyun 2019 23:43

30 yaşdan sonra oynaqlar sıradan çıxmağa başlayır. Bu kokteyl məhz oynaqlara gücləndirici təsir edib, size gəncliyinizdəki kimi aktiv, ağrısız hərəkətli edəcək.

Milli.Az medicina.az-a istinadən həmin resepi təqdim edir:

Lazımdır:

Su - 250 ml
Yulaf - 50 qr
Portağal şirəsi -100 ml
Qoz - 1 xörək qaşığı
Təmiz bal - 1 xörək qaşığı
Darçın - az

Hazırlanması:

Su və yulafdan yulaf sıyığı bişirin. 

Soyumağa qoyanda, təzə portağal şirəsi çəkib, ona bal, xırdalanmış qoz və azca darçın səpin. Bunu sıyığa qatıb blenderdə qarışdırın.

Kokteyl səhər-axşam içilə bilər. Oynaq və qığırdaqları bərpa edir.

2 həftə qəbul edin.

Milli.Az