"Barselona"nın istədiyi futbolçu PSJ-yə keçir

12 İyun 2019 15:47

PSJ "Ayaks"ın futbolçusu Matteys De Liqti transfer etməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi 19 yaşlı müdafiəçinin transferi üçün "Barselona"nı mübarizədə udub.  Hollandiyalı oyunçunun agenti Mino Rayolanın hazırda Parisdə olduğu və müqavilənin son detallarını müzakirə etdiyi bildirilir.

De Liqtin PSJ-də ilinə 15 milyon avro qazanacağı iddia olunur.

Milli.Az