FIFA 20-nin buraxılış tarixi açıqlandı - VİDEO

15 İyun 2019 23:40

EA Twitter vasitəsi ilə FIFA 20-nin rəsmi olaraq təqdim etmişdi ancaq yayınlanma tarixi ilə bağlı heç bir məlumat verilməmişdi.

Milli.Az chip.az-a istinadən bildirir ki, FIFA 20-nin yayım tarixini göstərən video təqdim edilib.

Oyunun buraxılış tarixini elan edən qısa videoda oyunun yalnız PS4-ə gələcəyi  təsdiqlənib. Lakin əvvəlki oyunların PS4, PC və Xbox-da mövcud olmasına baxmayaraq, oyun bu platformalara da gələcəyi gözlənilir.

FİFA 20-nin bütün detalları EA Play tədbirində sabah açıqlanacaq. FIFA 20 sabah saat 20.00-da EA YouTube kanalı vasitəsi ilə pərəstişkarların gözü qarşısında detallı təqdim olacaq.

Milli.Az