20 yaşında 100-cü qol

12 İyun 2019 14:30

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe karyerasında 100-cü qolunu vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, Avro-2020-nin seçmə mərhələsində dünən keçirilən Andorra ilə matçda (4:0)  gerçəkləşib. 11-ci dəqiqədə fərqlənən hücumçu 20 yaş 137 günlüyündə 100-cu qoluna imza atıb.

Hazırda futbolçu karyerasını davam etdirən və dünyanın ən yaxşı oyunçuları olaraq göstərilən Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus") karyerasının 100-cü qolunu 22 yaş 356 günlüyündə, Lionel Messi isə (Argentina, "Barselona") 22 yaş 97 günlüyündə vurub.

Qeyd edək ki, Mbappe ötən mövsüm 33 qolla Fransa liqasının ən yaxşı bombardiri olub.

Milli.Az