İmanla yəqin arasında nə qədər fasilə vardır?

15 İyun 2019 23:50

Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: "Ey Peyğəmbər (s) övladı! Sualım vardır". İmam (ə) buyurur: "Soruş". Həmin şəxs deyir: "İmanla yəqin arasında nə qədər fasilə vardır?". İmam (ə) buyurur: "Dörd barmaq qədər. İman o şeydir ki, eşidəsən, yəqin o şeydir ki, görəsən. Gözlə qulaq arasında dörd barmaq fasilə vardır".

Soruşur: "Yerlə göy arasında nə qədər fasilə vardır?. İmam (ə) buyurur: "Bir duanın yerinə yetməsi qədər".

Soruşur: "Şərqlə qərb arasında nə qədər fasilə vardır?". İmam (ə) buyurur: "Günəşin bir gün seyr etməsi qədər".

Soruşur: "İnsanın izzəti nədədir?". İmam (ə) buyurur: "İnsanlardan ehtiyacsız olmaqda".

Soruşur: "Ən çirkin şey nədir?". İmam (ə) buyurur: "Qoca kişidə günah, vəzifə və məqam sahibində sərtlik və tündlük, tanınmış insanlarda yalan, zəngində simiclik, alimdə hərislik".

Həmin ərəb deyir: "Düz buyurdunuz. İndi isə İmamların sayından məni agah edin?". İmam (ə) buyurur: "Onlar Bəni-İsrayilin seçilmişləri kimi 12 nəfərdirlər".

Milli.Az