Türkiyə Bosfor boğazını bağladı

12 İyun 2019 13:58

Türkiyə Bosfor boğazını gəmilərin hərəkəti üçün bağlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, boğaz yerli vaxtla səhər saat 09:13-dən etibarən bağlanıb.

Boğazın gəmilər üçün bağlanmasının səbəbi isə müşahidə olunan sıx duman olub.

Boğazın açılacağı vaxt barədə məlumat verilməyib.

Qeyd edək ki, sonuncu dəfə Bosfor boğazı sıx duman səbəbi ilə martın 30-da bağlanmışdı.

Milli.Az