"Santa Barbara"nın aktyoru dünyasını dəyişdi

12 İyun 2019 14:48

Amerikalı kino və televiziya aktyoru Cim MakMullan vəfat edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Helen MakMullan açıqlama verib.

Aktyor 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, C.MakMullan 1992-ci ildə "Santa Barbara" teleserialında çəkilib. Bundan başqa, o, "Malibu xilasediciləri", "Dallas" seriallarında, "Ostin Pauers" və "Sürətli eniş" filmlərində çəkilib.

Milli.Az