Qız sevgilisini elə döydü ki, qonşular səsə gəldilər - FOTO

12 İyun 2019 12:50

ABŞ-da sevgilisini tualet fırçası ilə döyüb, cinsiyyət orqanına güclü xəsarət yetirən qadın saxlanılıb.

Milli.Az xəbər verir ki, Florida ştatında baş verən bu hadisə barədə məlumatı "Miami Herald" nəşri yayıb.

21 yaşlı Katie Lee Pitchford adlı qadın sevgilisi ilə mübahisə əsnasında onu döyüb.

Çığır-bağırdan narahat olan qonşular polis çağırıblar. Hadisə yerinə gələn polislər oğlanı qan içində görüblər.

Oğlan ifadə verərək sevgilisinin onu döydüyünü, sonra da cinsiyyət orqanına zərbələr endirdiyini söyləyib.

Emin
Milli.Az