Azərbaycanlı müğənni xanımından BOŞANDI - İkinci evliliyə hazırlaşır? - FOTO

12 İyun 2019 10:45

Mən bu yaxınlarda eşitdim ki, boşanmısan. Dedim yalan söhbət olar.

Milli.Azxəbər verir ki, bu sözləri Zaur Kamal aparıcısı olduğu proqramda müğənni Əbdül Xalidə ünvanlayıb.

Müğənni şəxsi həyatında baş verənlərlə bağlı ilk dəfə danışıb:

"Heç kim həyatda heç nədən sığortalanmayıb. Günah səndə, məndə söhbəti deyil. Bu günə kimi mən şəxsi həyatımla bağlı heç bir açıqlama verməmişəm. Oldu da yəni! Artıq 2 ildir ayrılmışıq. Sadəcə, bu xəbər indi çıxıb. İstəmirdim kimsə bilsin. Mən istəsəydim, bu xəbər çoxdan sızardı. 8 yaşında bir qız övladım var. Gəlir, gedir. Belə olmamalıydı. Bütün bağları anam saxlamışdı. O sağ olsaydı, yəqin belə bir şey olmazdı".

Əbdül Xalid aparıcının "Evlənəcəksən növbəti dəfə?" sualına da səmimi cavabı ilə diqqət çəkib:

"Qismət! Hələ ki, yox!" Çünki saç ağarıb". 

Qeyd edək ki, Xalid 2010-cu ildə Nigar adlı xanımla ailə qurmuşdu. Müğənninin anası 2017-ci ilin sentyabr ayında dünyasını dəyişib.

Təhməz Təkin
Milli.Az