"Hürrəm"in uşağının atası tapıldı - FOTO

12 İyun 2019 10:29

Məşhur aktrisa Meryem Uzerlinin keçmiş sevgilisi Can Ateş fırıldaqçılıqda ittiham edilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Meryem daxil yüzlərlə şəxsin 100 milyon dəyərində pulunu mənimsəyərək qaçan Can Amerikada tapılıb.

Nyu Yorkda yaşayan model Didem Uzel ailəsi ilə ad günündən foto paylaşıb. Fotoda Ateşin əks olunması nəzərlərdən yayınmayıb.

Qeyd edək ki, Can haqqında 7 ilədək həbs cəzası istənilib.

Milli.Az