Xatirə ərini öpdüyünə görə tənqid olundu - VİDEO

12 İyun 2019 10:06

Müğənni Xatirə İslamın evlilik ildönümüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, əri ilə birlikdə rəqs etdiyi videonu paylaşıb.

"Bu gün səkkizinci ilə qədəm qoyduq. 11.04.2011. Həyatımda ən çox inanıb güvəndiyim maskasız insan Fəxrəddin. Allah sənə dəyməsin", - Xatirə paylaşımda yazıb.

Videoda müğənninin ərini dodağından öpməsi nəzərlərdən yayınmayıb. Paylaşım sosial media iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Müğənnini tənqid edənlərlə yanaşı xoş sözlər söyləyənlər də olub.

Qeyd edək ki, cütlüyün Emil adlı övladı var.

Milli.Az