Rəqsanənin qızı moskvalıların qəlbini fəth etməklə məşğuldur

11 İyun 2019 22:28

Azərbaycanın məşhur müğənnisi Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova Moskvaya gedib və hazırda orada anası ilə birlikdə toy məclislərində çıxış edir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İsmayılova Rusiya toylarında çəkdirdiyi şəkil və videoçarxları özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Aysun artıq bir aydan çoxdur ki, Rusiya paytaxtındadır. O, öz yaradıcılığına Moskvada davam etmək qərarına gəlib. Anası onu tamamilə dəstəkləyir və hətta ona müxtəlif toy mərasimlərdə çıxış etmək üçün şərait yaradır.
Aysun İsmayılova xeyli müddət Türkiyədə dizaynerlik təhsili alıb. Bununla yanaşı, gənc qız həm azərbaycanlı, həm də türk aktyorların rol aldığı filmlərdə çəkilib. İndi isə o, anasının yolu ilə gedərək müğənni olmaq qərarına gəlib. Aysun qısa müddətdə Azərbaycanda populyarlaşıb və hazırda Moskvada şöhrət qazanmaq niyyətindədir.

Milli.Az