Türkiyə - İran sərhəddə atışma: əks-hücuma keçdilər

11 İyun 2019 19:14

Türkiyə-İran sərhədində silahlı insident yaşanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, PKK terrorçuları sərhəd xəttində yerləşən İğdır Kurtomer Hüdud Polis Bölməsinə atəş açıb.

Əsgərlər dərhal hücuma cavab verib. Əks-hücuma məruz qalan terrorçular olay yerindən qaçıb. Türk əsgərləri qaçan terrorçuların yaxalanması üçün əməliyyata başlayıb.

Milli.Az